Kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı
Bizi izləyin

Qırmızı.az

Kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə mayın 12-dən etibarən başlanmış və iyunun 12-də başa çatdırılması nəzərdə tutulan ərizə qəbulunun vaxtı uzadılıb.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəlki illərin məzunu olan gənclərin imtahan mərkəzləri üzrə bölgüsünü təşkil etmək və digər çoxsaylı hazırlıq işləri ilə əlaqədar olaraq ərizələrinin qəbulu iyunun 13-də başa çatacaq. üçün isə qəbul imtahanları iyunun 29-da aparılacaq.

Ümumi orta təhsil müəssisələrini əvvəlki illərdə bitirən və elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan məzunlar tələb olunan sənədləri təqdim etməklə 13 iyun saat 17:00-dək SQK-ya müraciət edə bilərlər.

Əvvəlki illərin məzunu olan və elektron ərizələrini internetlə özləri təsdiq etmək imkanına malik olan gənclər üçün son müddət 13 iyun saat 23:59-dur.

Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları iyunun 29-da aparılacaq.
Ümumi orta təhsil müəssisələrinin 9-cu sinifini 2014-cü ildə bitirən şagirdlər üçün isə ərizə qəbulunun son müddəti 30 iyun saat 23:59 müəyyən olunub. Qeyd edək ki, həmin gənclər ərizələrini SQK-ya müraciət etmədən internetlə özləri təsdiq edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm