Yunanıstan Niko ləqəbli “qanuni oğrunu” Rusiyaya təhvil verdi – VİDEO
Bizi izləyin

Qırmızı.az

Yunanıstan Niko ləqəbli “qanuni oğrunu” Rusiyaya təhvil verdi – VİDEO

Yunanıstan Niko ləqəbli “qanuni oğrunu” Rusiyaya təhvil verdi - VİDEO

Publika. az “Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, dünən 41 yaşlı Nikoloz Meladze Moskvadakı istintaq təcridxanalarından birinə gətirilib.

Rusiyada Niko ləqəbiylə tanınan bu “qanuni oğrunu” xeyli müddətdir ki, İnterpol xətti ilə axtarırdılar. Meladze 2006-cı ildə Moskvanın Kirovoqrad küçəsində iki milis işçisini qətlə yetirməkdə şübhəli bilinir. Yunanıstanda törətdiyi cinayətlərə görə 17 il həbs cəzası alan Meladzenin Moskvadakı qətldə iştirakı sübut olunarsa, o, ömrünün qalan hissəsini Rusiya həbsxanasında keçirəcək.

Qeyd edək ki, bir müddət əvvəl oğru “sxodka”larının (toplantı) birində Meladze “qanuni oğru” titulundan məhrum olunmuşdu. Lakin hazırda Rusiyaya qayıdan Niko bəyan edib ki, bu anlaşmamazlığı “həll edib” və o, əvvəlkitək “qanuni oğru”dur.

Hələlik kriminal dünyanın bossları onun sözlərinə şərh verməyiblər. Meladzenin həbsxanada “qanuni oğru” kimi tanınıb-tanınmamasına növbəti oğru “sxodkası”ndan sonra aydınlıq gətiriləcək.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm