Masallıda bədbəxt hadisə baş verib
Bizi izləyin

Qırmızı.az

Masallıda bədbəxt hadisə baş verib

Çayın kənarında oynayan 3 yaşlı uşağın sürüşərək suya düşməsi ona həyatı bahasına başa gəlib.

Çayın kənarında oynayan 3 yaşlı uşağın sürüşərək suya düşməsi ona həyatı bahasına başa gəlib.

Bədbəxt hadisə Masallı rayonunun Abbasbəyli kəndində qeydə alınıb.

Üç yaşlı Zəhra Əli qızı Qasımzadə Viləş çayının evlərinin yaxınlığından keçən ərazisində bacı və qardaşları ilə oynayan zaman ayağı sürüşərək çayın gur axan hissəsinə yıxılıb.

Bacısının suya düşərək qışqırdığını görən 6 yaşlı qardaşı Hüseyn Qasımzadə onu xilas etmək üçün özünü çaya atıb. Bu zaman Əli Qasımzadənin evində qonaq olan qohumu Hüseyni çaydan çıxararaq ölümdən xilas etsə də, Zəhranın köməyinə yetişə bilməyib.

Uşaqların qışqırığını eşidən anaları Həbibə Qasımzadə özünü hadisə yerinə çatdırıb. Ana axar suyun cənginə aldığı Zəhranı təxminən 1 kilometr uzaqlıqda tapıb. Sudan çıxarılarkən uşaqda həyat əlamətləri olsa da, sonradan dünyasını dəyişib.

Hadisə yerinə rayon prokurorluğun əməkdaşları gəliblər.

Faktla bağlı araşdırmalar aparılır. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm