TQDK-a qəbulla bağlı yeni qərarını açıqladı
Bizi izləyin

Qırmızı.az

TQDK-a qəbulla bağlı yeni qərarını açıqladı

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün ərizə qəbulunun vaxtı 1 gün uzadılıb.

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün ərizə qəbulunun vaxtı 1 gün uzadılıb.

Publika.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının saytında məlumat yerləşdirilib. Məlumatda deyilir ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu əvvəlki illərin məzunları üçün mayın 12-dən başlayıb və iyunun 12-də başa çatdırılması nəzərdə tutulurdu. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yeni qərarı ilə ərizə qəbulu iyunun 13-də başa çatacaq. Əvvəlki illərin məzunları üçün isə qəbul imtahanları iyunun 29-da aparılacaq.

Cari ilin məzunu olan şagirdlər üçün isə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq və bu məzunlar kolleclərə əlavə imtahan verməyəcəklər.

Ümumi orta təhsil müəssisələrini əvvəlki illərdə bitirən və elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan məzunlar isə tələb olunan sənədləri təqdim etməklə 13 iyun saat 17:00-dək SQK-ya müraciət edə bilərlər. Əvvəlki illərin məzunu olan və elektron ərizələrini internetlə özləri təsdiq etmək imkanına malik olan gənclər üçün son müddət 13 iyun saat 23:59-dur.

Ümumi orta təhsil müəssisələrinin 9-cu sinifini 2014-cü ildə bitirən şagirdlər üçün isə ərizə qəbulunun son müddəti 30 iyun saat 23:59 müəyyən olunub.

Qeyd edək ki, həmin gənclər ərizələrini SQK-ya müraciət etmədən internetlə özləri təsdiq edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm