Bakıda homoseksuallar üçün xüsusi qəbiristanlıq olacaq?
Bizi izləyin

Qırmızı.az

Bakıda homoseksuallar üçün xüsusi qəbiristanlıq olacaq?

Homoseksuallar üçün xüsusi qəbiristanlıq

Azad LGBT sədri İsa Şahmarlının iki gün əvvəl rəhbərlik etdiyi təşkilatın bayrağı ilə özünü asıb intihar etməsi xəbəri gündəmi dəyişdi deyə bilərik. Sanki illərdir mövcudluğu unudulmuş bu təbəqə-homoseksuallar yada düşdü.

Amma onun intiharından daha çox dəfn mərasimi söz-söhbətlərə səbəb oldu.İllərdir onu qəbul etməyən valideynlərinin İsanı Binə qəsəbəsindəki qəbristanlıqda dəfn etmək istəyi, yerli sakinlərin narazılığına səbəb oldu.

Kənd cammatı dəfnə maneə olmaq istədi və qəbristanlığa girməyə icazə vermədi. Çətinliklə də olsa, ailə İsanı həmin qəbristanlıqda dəfn edə bildi. Amma onun bundan sonrakı təhlükəsizliyi sual altındadır. Qəbrin dağıdılmayacağına heç kim zəmanət verə bilməz.

O zaman nə etməli? Çıxış yolu kimi mərhumun başqa yerdə dəfn edilməsi göstərilə bilər.

Ailənin özünün illərdir qəbul etmədiyi övladını, həmin kəndin sakinləri tərəfindən qəbul edilməsini tələb etməyə ən azından haqqı yoxdur. Isa ilə eyni taleyi bölüşənlərin isə onun qəbrini qorumaq imkanı ümumiyyətlə məhduddur.

Istənilən halda, ümumi istifadəyə açıq qəbristanlıqda İsanın məzana oxunulmamasını təmin etmək heç də asan deyil. Həm kənd sakinlərinin istəyi, həm də məzarın dağılmaması üçün isə onun xüsusi qəbristanlıqda dəfn edilməsi mümkündür.

Artıq dünyanın bir çox ölkələrində bu cür qəbristanlıqlar uzun müddətdir yaradılıb. Bu məsələni homoseksuallar özləri də dəstəkləyir və onların təşəbbüsü ilə həyata keçirilib.

Azadlıq Partiyasının sədri Əhməd Oruc da İsa Şahmarlının kənd qəbiristanlığında dəfn olunmasına etirazını bildirib.

Onun sözlərinə görə, qəbiristanlıq bizim əzizlərimizin uyuduğu müqəddəs yerdir. Bizim bir millət olaraq milli, mənəvi dəyərlərimizə qətiyyən uyğun olmayan, ən pis əməl daşıyıcılarının bizim əzizlərimizlə yanaşı dəfn olunmasını və həmin yerə cinsi azlıqların yığılmasını normal bir kimsə qəbul etməz.

“Bu baxımdan mən kənd əhlini doğru hesab edirəm. Bu cür insanlara pis bir xəstəlik daşıyıcısı kimi baxılmalıdır. Onların ölüsü hakimiyyətin onlar üçün ayırdığı gözdən uzaq yerdə dəfn olunmalıdır. Onları müsəlman kimi dəfn edilməsi qətiyyən doğru deyil”.

Təmiz dünya qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, ölən şəxs adətlərimizə uyğun dəfn edilməlidir.

"Məsələyə bu cür yanaşma isə mövhumatçılıqdır, yolverilməzdir. Bu cür həyatı gizli saxlayanlara münasibət normal olur.

Baxmayaraq ki, ətrafdakılar da bəzən bu barədə məlumatlı olurlar. Bu oğlanın əsas səhvi kim olduğunu bəyan etməsidir. Ən vəhşi cinayətkarların belə dəfn edilməsinə icazə verilirsə, bu insanlara qarşı bu cür münasibət göstərilməsi düzgün deyil”.

D. Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu həmin oğlanın da hər kəs kimi yaşamağa, dəfn edilməyə hüququ olduğunu dedi:

“İnsanlar xatırlamaladır ki, əsrlər əvvəl xüsusən qərb regionlarında bu cür insanlar olub. Xanların, padşahların yanında gənc oğlanlar saxlayıblar. Onlara qarşı heç vaxt bu cür yanaşma olmayıb. Bu məsələni qabartmağa ehtiyac yoxdur”.

Amma bu qərar həmin insanların hüquqları pozulması demək deyil. Sadəcə cəmiyyətin ikiyə parçalanmış təbəqəsinin problemini həll etmiş olacaq. Iki gündür cəmiyyətdə yaşananlar, mətbuatdan tutmuş, evlər iş yerlərində belə bütün problemləri unudaraq sadəcə bu məsələ ətrafında müzakirə aparılması da hələ onların qəbul etməyə hazır olmadığımızı göstərir. Hazır olana qədər isə bu yolu seçə bilərik.

Çünki qəbristanlıq dini ayin yeridir və xristian, müsəlman və yəhudilər ayrı-ayrı qəbiristanlıqlarda dəfn edilirlər. Xristianın müsəlman, ya da müsəlmanın yəhudi qəbiristanlığında dəfn edilməsi qəbul edilmir.

Artıq bir çox ölkələrdə məsələ bu cür həll edilib. Üstəlik, bu ölkələr din, mövhumatın üstünlük təşkil etdiyi cəmiyyətlər deyil, xeyli demokratik hesab olunan ölkələrdir. Məsələn, Danimarkada 2008-ci ildən belə qəbiristanlıq mövcuddur.

ABŞ-ın Corciya ştatının Atlanta şəhərində isə homoseksuallar üçün belə bir qəbristanlığın yaradılması bir neçə il əvvəl müzakirəyə çıxarıldı və tətbiq edilməyə başlandı.

Bu qəbristanlıqlarda homoseksuallar, onların övladları, tək insanlar, digər LGBT insanları və onları seçən ailələr dəfn edilə bilər.

Bu fikri dəstəkləyən homoseksualların fikrincə, bu cür qəbristanlıqda dəfn edilmək onlara xüsusi rahatlıq verir. Onların fikrincə, bu onların öz adətlərinə uyğun dəfn edilməsinə imkan yaradır.

“Bu bizim ünsiyyətdə olduğumuz insanlarlar daim birlikdə olmağımıza da imkan yaradır. Münasibətdə olduğunuz insanın yanında dəfn edilmək çox vacibdir, bu həm də sizə rahatlıq və inam hissi yaradır. Bu həm də öləndən sonra, yəni çarəsiz olduğumuz bir vaxtda homofobiklərin çürümüş nəşimizə təhqir etməsinə maneə olar”.

Üstəlik təkcə qəbristanlıq deyil, ABŞ-da artıq xüsusi gey məktəbləri var. Bu da həmin uşaqların digər həmyaşıdlarının tənqidlərindən qorumağa kömək edir. Təkcə məktəb yox hətta universitet, kitabxana, kafe, restoran və s ictimai obyektlər mövcuddur. Bu mənada xüsusi qəbristanlığın da olması təəccüblü görünməməlidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm