FHN 81 yaşlı qocanı xilas etdi
Bizi izləyin

Qırmızı.az

FHN 81 yaşlı qocanı xilas etdi

Bakının Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1933-cü il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

Bakının Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1933-cü il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin mənzilin pəncərəsinə qalxaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm