“Mercedes” işıq dirəyinə çırpıldı - 3 yaralı var
Bizi izləyin

Qırmızı.az

“Mercedes” işıq dirəyinə çırpıldı - 3 yaralı var

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xətai rayonu ərazisində qeydə alınan hadisə zamanı sürücünün idarəetməsindən çıxan “Mercedes” markalı minik maşını elə gəldiyi sürətlə də maneəyə çırpılıb.

Məlumata görə, Yusif Səfərov küçəsi ilə üzü Cavanşir körpüsü istiqamətində hərəkətdə olan avtomobil döngədə idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Toqquşma o qədər güclü olub ki, işıq dirəyi yerindən qoparaq yola aşıb. Qəzaya uğrayan maşını və yola aşan işıq dirəyini ərazidən götürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Bundən əlavə baş verə biləcək hər hansı yanğının faktının qarşısını almaq ücün maşına yanğınsödürmə balonları ilə də müdaxilə olunub.

Qəza nəticəsində sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardımla xəstəxanaya aparılıb. Xəstəxanadan verilən məlumata görə, hər 3 yaralının vəziyyəti orta ağırdır. Amma üzərlərində şəxsiyyətlərini təsdiq edən sənədlərin olmaması onların kimliyi müəyyən etməkdə çətinlik yaradıb.

Yol nəqliyyat hadisəsi ilə bağlı xətai rayon polis idarəsində araşdırmalara başlanılıb. Qəzasının səbəblərini müəyyən etmək üçün avtotexniki və tibii ekspertizalar təyin ediləcək. Yalnız bundan sonra hadisəyə tam hüquqi qiymət verilcək. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm