Daha bir avtobus qəzası, 3 nəfər xəsarət aldı - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Daha bir avtobus qəzası, 3 nəfər xəsarət aldı - FOTOLAR (YENİLƏNİB)

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər qadın xəsarət alıb. Onlar Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

İnstitutun qəbul şöbəsinin müdiri Qədir Kərimov bildirib ki, yaralıların vəziyyəti normaldır.

“Hadisə nəticəsində xəsarət alan İsmayılova Fatma Lətif qızı, Şahverənova Zeynəb Şahmar qızı və Abdullayeva Ceyran Əlişad qızı səhər saat 09:30 radələrində xəstəxanaya yerləşdirilib. Zeynəb Şahverənovanın diz oynağı əzilib. Ceyran Abdullayevanın barmaqları ciddi xəsarət alıb. Fatma İsmayılovada da sol əlin 5-ci barmağında sınıq qeydə alınıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar."

Səid

09:59

Hazırda Azadlıq 189 ünvanında 2 avtomobil, 1 sərnişin avtobusunun toqquşması ilə yol qəzası baş verib.

Bu barədə "Qafqazinfo"ya jurnalist Əzizə İsmayılova məlumat verib. Jurnalistin sözlərinə görə, 165 saylı xətt avtobusu və "Hyundai" markalı avtomobil öz yolları ilə Binəqədidən şəhər istiqamətində hərəkətdə olarkən "Volksvaqen" markalı avtomobil əks yola keçərək manevr etmək istəyib və nəticədə ağır qəza meydana çıxıb:

"Bütün təhlikəsizlik yastıqları açılıb. Avtobus sərnişinləri arasında da xəsarət alanlar olub. Hələlik say bilinmir. Qəza törədən sürücü başından yüngül xəsarət almışdı və hətta mənim üzərimə şəkil çəkməyim deyə hücum belə etdi... Əlimdəki kameranı almağa çalışdı.. Hadisə yerində polislər iş aparır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm