Avtobusda qadınlar saçyolduya çıxdı
Bizi izləyin

Qırmızı.az

Avtobusda qadınlar saçyolduya çıxdı

Ötən gün saat 19 radələrində sərnişin avtobusunda qadınlar əlbəyaxa dava edib. ANS PRESS-in məlumatına görə, hadisə “Neftçilər” metrosu və Yeni Günəşli qəsəbəsi istiqamətinə işləyən 64 saylı sərnişin avtobusunda olub.


Belə ki, avtobus Nizami rayonu ərazisində həmişəki kimi basabas gedirmiş. Bu zaman avtobusa yaşlı bir qadın minib. Qadının yanında bir uşaq da olub. Qadın ona yer verilmədiyi üçün başlayıb deyinməyə. Yaşlı qadın avtobusda oturan gənc xanımları təhqir edib və onları mədəniyyətsiz adlandırıb. Qızlardan biri ayağından əməliyyat olunduğu üçün dura bilmədiyini dedikdə, qadın onu da döyüb.


Qadın daha sonra qarşısında oturan qızlardan birinin saçına əl atıb. Qızın köməyinə isə onun yanında oturan hicablı rəfiqəsi gəlib. Daha sonra davaya arxada oturan 2 gənc qız da qoşulub.


Nəticədə avtobusda qadınların davası yaranıb. Dava zamanı yaşlı qadın gənc qızlardan birinin saçını yolub. Digər qızlar isə yaşlı qadını döyüblər. Dava vaxtı qadının yanındakı azyaşlı uşaq qorxudan çığıraraq ağlayıb.


Avtobus saxlandıqdan sonra avtobusda olan kişilər davanı birtəhər sakitləşdiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm