• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Restoranda aşpaz admnistratoru bıçaqladı

Restoranda aşpaz admnistratoru bıçaqladı

Kürdəmirdə kafe işçiləri arasında bıçaqlanma olub.

ANS TV-nin məlumatına görə, qanlı hadisə Kürdəmir rayon mərkəzi bazarın ərazisində yerləşən “Şəki” restoranında baş verib. Mübahisə restoranın aşbazı olan Şamaxı sakini 36 yaşlı Xəlilov Ramin Rasim oğlu ilə obyektin administratoru Kürdəmir sakini 46 yaşlı Həsənov Füzuli Şamil oğlu arasında olub. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Hər iki şəxs mətbəxdən götürdükləri bıçaqla bir-birlərinə bir neçə dəfə ağır xəsarətlər yetiriblər.


Kürdəmir Rayon Polis Şöbəsinin müstəntiqi Hüseyn Mənsimovun sözlərinə görə, hər iki yaralı hadisə şahidlərinin köməkliyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatını xilas etmək mümkün olub.


İşçilər arasında mübahisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR