• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

33 yaşlı qadını öldürən qardaşı olub (YENİLƏNİB)

33 yaşlı qadını öldürən qardaşı olub (YENİLƏNİB)

Şəmkir rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, Şəmkir rayon Çaparlı kənd sakini Tağıyev Adil Akif oğlu qısqanclıq zəminində 1991-ci il təvvəllüdlü bacısı Tağıyeva Nəsibə Akif qızını yaşadığı evin həyətində bıçaqla bir neçə dəfə bədəninin müxtəlif yerlərinə vuraraq qətlə yetirib.

Meyit tibbi ekspertizadan keçdikdən sonra yaxınlarına təhvil verilib.

Cinayət törədən şəxs isə tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsiylə cinayət işi açılıb.

Səid

11:28

Bu gecə saat 01:30 radələrində Şəmkir rayonunun Çaparlı kəndində dəhşətli qətl hadisəsi baş verib.

"Kəpəz" xəbər verir ki, kənd sakini 33 yaşlı Nəsibə Tağılı yaşadığı ünvanda qətlə yetirilib. Onun üzərində çoxsaylı bıçaq zərbələri aşkarlanıb.

Hələlik qətlin kim tərəfindən törədildiyi məlum deyil. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə intensiv əməliyyat tədbirləri həyata keçirir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR