Qırmızı.az
Yol polisi araşdırmaya başladı
Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) şikayətlərin qəbulunu həyata keçirən yeni 902 - "Qaynar xətt" xidmətinə edilmiş müraciət əsasında 9 fakt üzrə araşdırmaya başlanılıb. Bunu Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, BDYPİ-də şikayətlərin qəbulunu həyata keçirən "Qaynar xətt" xidməti fəaliyyətə başladıqdan bəri vətəndaşlar tərəfindən 110 müraciət daxil olub.
K.Əliyev bildirib ki, "Qaynar xətt"ə daxil olan müraciətlərdən bəziləri yol polislərindən şikayət xarakterli olub: "Şikayətlərdən bəziləri ilə bağlı vətəndaşa elə həmin dəqiqə izah verilir. Amma onların arasında araşdırılma tələb edən müraciətlər də var. Həmin müraciətlər artıq icraata yönəldilib ki, fakt üzrə araşdırma aparılsın. Səhər saat 9:00-dan axşam saat 21:00-dək "Qaynar xətt"ə edilmiş müraciətlərdən araşdırılmaya xüsusi zərurət yarandığından ilk gün 4, dünən isə 5 fakt üzrə məsələ icraata yönəldilib".
Şöbə rəisi qeyd edib ki, müraciətlərin əksəriyyəti əsasən sorğu-məlumat xarakterli olub: "Vətəndaşlar əsasən qanunvericiliyə edilən dəyişikliklə bağlı suallar verirlər. Onların arasında texniki baxışdan keçmə, nəqliyyat vasitələrinin qeydiyyatı prosedurları, yazılmış prokotol barədə cərimənin ödənilmə qaydaları ilə bağlı suallar çoxluq təşkil edir. Bundan əlavə, baş verən yol qəzaları ilə, eləcə də haradasa yol nişanlarının sıradan çıxması, işıqforun işləməməsi ilə bağlı məlumat verilir".
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsində şikayətlərin qəbulunu həyata keçirən yeni "Qaynar xətt" xidməti yaradılıb. Bununla əlaqədar vətəndaşlar həmin qurumun əməkdaşlarının qanunsuz hərəkətləri barədə "102" xidməti ilə yanaşı "902" telefon nömrəsinə də məlumat verə bilərlər.
DİN bildirir ki, hər bir müraciət üzrə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, qarşılaşılan və ya şahidi olunan neqativ halların hərtərəfli və obyektiv araşdırılması təmin ediləcək.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO