Masallıda III Beynəlxalq Folklor Festivalı başladı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Masallıda III Beynəlxalq Folklor Festivalı başladı - FOTOLAR

Masallıda III Beynəlxalq Folklor Festivalı başladı - FOTOLAR

Bu gün Masallı şəhərində Ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş III Beynəlxalq Folklor Festivalı öz işinə başlayıb.

Publika.az-ın Masallıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, festivalda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Litva, Latviya və Rusiya-Dağıstan ölkələrinin folklor qrupları iştirak edirlər.

İştirakçı ölkələrin milli rəqs nümunələri meydana toplaşmış şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Festivalın açılış mərasimində ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin əməkdaşları, Mədəniyyət Nazirliyinin nümayəndələri, millət vəkilləri və Masallı ictimaiyyətinin təmsilçiləri də iştirak edib.

Rayon İcra hakimiyyəti qarşısındakı meydanda keçirilən açılış mərasimindən sonra Nizami Gəncəvi adına parkda tədbir iştirakçıları xalq sənətkarlığı və milli mətbəx sərgisi ilə tanış oldular.

Qeyd edək ki, bu gün axşam saat 20:00-da Heydər Əliyev parkında III Beynəlxalq Folklor festivalın açılış konserti keçiriləcək.

İyunun 14-də saat 12:00-da Masallı rayonunun Qızılağac və Tüklə kəndlərində folklor qruplarının çıxışları olacaq. Axşam 20:00-da Folklor Festivalının iştirakçıları üçün ziyafət təşkil olunacaq.

İyunun 15-də saat 20:00-da Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş III Beynəlxalq Folklor Festivalının yekun konserti təşkil olunacaq.

Vasif Həsənli - Masallı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm