Məktəbli qızla bağlı cinayət işini prokurorluq araşdırır (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Məktəbli qızla bağlı cinayət işini prokurorluq araşdırır (YENİLƏNİB)

Sabunçu rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, bu hadisə prokurorluqda araşdırılır.

Hadisə məktəb yaşlı qızın şərəf və ləyaqətinə toxunan məsələ olduğundan prokurorluq əlavə məlumat verməyib.

12:15

Bakıda məktəbli qız aldadılaraq seksual xarakterli zorakılığa məruz qoyulub.

Sabunçu Rayon Polis İdarəsindən Publika.az-a bildirilib ki, məktəbli qız sinif yoldaşına bədəninə döymə (tatu) etdirmək istədiyini söyləyib. Oğlan isə qıza öz köməyini təklif edərək onda döymə üçün aparatın olduğunu bildirib və onu evinə dəvət edib.

Qız oğlanla birlikdə onun evinə gedib. Onlar evə girəndə oğlanın dostu mənzildə gözləyirmiş.

Bundan sonra oğlanlar qızı bıçaqla hədələyərək ona soyunmağı əmr ediblər və qıza qarşı seksual hərəkətlər ediblər. Oğlanlar qıza qarşı etdiklərini mobil telefona da çəkiblər.

Qızın evə qayıtmadığından narahat qalan valideynləri polisə müraciət edib. Bundan sonra axtarışa başlayan polis məktəbli qızı taparaq valideynlərinə təhvil verib.

İdarədən bildirilib ki, bu iş Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb. Hələlik faktla bağlı həbs edilən yoxdur. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Səid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm