Goranboyda taxıl sahələri su altında qaldı
Bizi izləyin

Qırmızı.az

Goranboyda taxıl sahələri su altında qaldı

"Ötən gün yağan yağış suları əsasən taxıl və arpa əkilmiş pay torpaqlarına dolub, elektrik, qaz verilişində problem yaradıb. Gecə saatlarından başlayaraq yağışın yaratdığı fəsadları aradan qaldırmağa çalışırıq.

Bu barədə Publika.az-a Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar üzrə Komissiyasının sədri Baxış Abdullayev məlumat verib.

Onun sözlərinə görə, rayonun 25-ə yaxın kəndində arpa və buğda sahələrinə zərər dəyib:

“Arpa sahələrinin 20%-i biçilməmişdi, taxıl biçininə isə başlanmamışdı. Suların təmizlənməsinə çalışsaq da, su basması taxıl yığımı prosesinə, məhsuldarlığa mənfi təsir edəcək”.

B.Abdullayev yağış nəticəsində 40 kənddə elektrik enerjisində problem yarandığını bildirib:

“Gecədən işlər aparıldığından elektirk enerjisinin verilişi bərpa edilib. 4-5 kəndə yol kənarında yaşayan sakinlərin qaz xətlərinə zərər dəydiyinə görə, bəzi evlərə qaz verilişi dayandırılmışdı. Demək olar ki, evlərin 80%-də qazın verilişi bərpa edilib. Gün ərzində işlərin tam başa çatması planlaşdırılır”.

İcra Hakimiyyəti rəsmisinin sözlərinə görə, hazırda rayon Fövqəladə hallar Komissiyası zərəri hesablayır. Gün ərzində Fövqəladə Hallar Nazirliyinin də əməkdaşları Goranboy rayonuna gedib vəziyyətlə maraqlanacaq. Onlar kəndlilərə dəymiş zərərin hesablanması və ödənilməsini müəyyənləşdirəcəklər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm