Abşeronda yol qəzası: 1 ölü, 2 xəsarət
Bizi izləyin

Qırmızı.az

Abşeronda yol qəzası: 1 ölü, 2 xəsarət

Abşeron rayon ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Abşeron Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə rayonun Qobu qəsəbəsində baş verib.

Qobu qəsəbəsində qəsəbə sakini Yaşar Əlicanovun idarə etdiyi “Nissan” və Şirvan sakini Samir Həsənovun idarə etdiyi “Hovo” markalı avtomobillər toqquşub. Qəza nəticəsində Yaşar Əlicanov və sərnişinləri Ağamirzə Əlicanov və Məmmədbağır Bağırzadə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. M.Bağırzadə isə xəstəxanada keçinib”.

Səid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm