Bakının nəqliyyat problemlərinin həlli üzrə Dövlət Proqramı hazırlanır
Bizi izləyin

Qırmızı.az

Bakının nəqliyyat problemlərinin həlli üzrə Dövlət Proqramı hazırlanır

Azərbaycan Nəqliyyat Nazirliyi 2014-2018-ci illəri əhatə edəcək Bakıda nəqliyyat problemlərinin həlli üzrə Dövlət Proqramı hazırlanır.

Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda keçirilən "Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həlli yolları" adlı konfransda Azərbaycanın Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin sektor müdiri Heydər Turabov bildirib.

H.Turabov deyib: "Dövlət Proqramı yeni avtomobil yollarının, yol ötürücülərinin, körpülərin və piyada keçidlərinin tikintisini və mövcud olanların yenidən qurulmasını nəzərdə tutur".

Onun sözlərinə görə, Dövlət Proqramına uyğun olaraq, Bakının ərazisi üç parklama zonasına bölünüb, onlar üçün yerlər və parklamaların sayı müəyyən edilib.

Bundan əlavə, sektor müdirinin sözlərinə görə, hazırda nazirlikdə 71 parklama yerinin tikintisini nəzərdə tutan nəqliyyatın hərəkətinin tənzimlənməsi üzrə Dövlət Proqramı hazırlanır: "Ölkədə nəqliyyat axınının böyük hissəsi Bakının payına düşür. Əgər hazırda avtomobil yollarının uzunluğu 1550 kilometr təşkil edirsə, onda bu axının təmin olunması üçün onların uzunluğu 4-5 kilometrədək artırılmalıdır".

Onun sözlərinə görə, 2015-ci ilin sonunadək ölkənin əsas magistral yollarının modernləşdirilməsi və yenidən qurulması prosesinin başa çatdırılması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm