Bakı "Şanxay"ından xəbər var
Bizi izləyin

Qırmızı.az

Bakı "Şanxay"ından xəbər var

Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki “Şanxay” adlanan ərazidə, dəmir yolunun mühafizə zolağında tikilmiş evlərin sökülməsi məsələsi uzun müddətdir gündəmdədir. Lakin “Şanxay” ərazisinin sökülüb-sökülməyəcəyini sakinlər də bilmir.

Məsələ ilə bağlı «Azeryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Publika.az-a bildirib ki, hazırda bizim qurumda "Şanxay" adlanan ərazinin köçürülməsi ilə bağlı layihəmiz yoxdur:

“Şanxay” ərazisi ilə bağlı layihə yoxdur ki, orada söküntü işləri aparılsın”.

Dövlət Dəmir Yolları QSC-nin mətbuat katibi Nadir Əzməmmədov isə “Şanxay” ərazisindəki qeyri-qanuni tikililərlə bağlı Nəqliyyat Nazirliyinə məlumat verildiyini deyib.

N. Əzməmmədov bildirib ki, “Şanxay” ərazisində 2840 qeyri-qanuni tikili siyahıya alınıb. Onlardan 900-ə yaxın tikili barədə təxirəsalınmaz işlərin aparılması ilə bağlı məlumat verilib. Yəni təxminən 900 tikili təcili olaraq sökülməlidir.

“Bütün bu məlumatlar Nəqliyyat Nazirliyinə təqdim edilib. Nəqliyyat Nazirliyi də öz növbəsində Nazirlər Kabinetinə həmin ərazidəki qeyri-qanuni tikililərlə bağlı məlumatı çatdırıb. Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradılıb və biz də “Şanxay” ərazisi ilə bağlı qərarı xüsusi komissiya tərəfindən gözləyirik ki, qərardan asılı olaraq müvafiq addımlar ataq”.

Bir müddət əvvəl isə “Azəryolservis” ASC-nin sədri, millət vəkili Cavid Qurbanov mətbuata bildirmişdir ki, Keşlə qəsəbəsindəki dəmir yolu xəttinin kənarında yerləşən və “Şanxay” adı ilə tanınan qanunsuz tikililər söküləcək. “Şanxay” ərazisinin sökülüb-sökülməyəcəyini sakinlər də bilmir. Bu səbəbdən “Şanxay”lılar narahatdır.

Pərvin Zeynal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm