Tovuzun ön cəbhədə yerləşən kəndlərinə su xətti çəkilib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Tovuzun ön cəbhədə yerləşən kəndlərinə su xətti çəkilib - FOTOLAR

Tovuz rayonunun Ermənistan ilə sərhəddə yerləşən Əlibəyli kəndinə içməli su xəttinin çəkilişinin başa çatması münasibətilə mərasim keçirilib.

Yeni su xəttinin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, “Azərsu” ASC-nin “Birləşmiş Su-Kanal” MMC-nin baş direktoru Etibar Məmmədov layihənin əhəmiyyətindən danışıblar.

Bildirilmişdir ki, bu layihə Əlibəyli, Hacallı, Mülkülü kəndlərində yaşayan əhalini, ictimai binaları, sosial sahələri içməli su ilə təmin edəcək və içməli su ilə bağlı problemləri tamamilə aradan qaldıracaqdır.

Qeyd olunmuşdur ki, son illərdə Tovuz rayonunda genişmiqyaslı quruculuq işləri aparılıb, mühüm sosial layihələr icra olunub, о cümlədən rayon üçün çox mühüm əhəmiyyət kəsb edən Tovuz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulubr.

Vurğulanmışdır ki, son altı ildə Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayonuna 5 dəfə səfər etmiş, bu obyektlərin əksəriyyətinin təməlqoyma və açılış mərasimlərində iştirak edib, görülən işləri yüksək qiymətləndirib. Qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mərasimdə çıxış edən kənd sakinləri qayğı və problemlərinin həllinə göstərdiyi gündəlik diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqların bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm