Sularda Xilasetmə Çoxnövçülüyü üzrə çempionat keçirilib
Bizi izləyin

Qırmızı.az

Sularda Xilasetmə Çoxnövçülüyü üzrə çempionat keçirilib

Sularda Xilasetmə Çoxnövçülüyü üzrə çempionat keçirilib

Fövqəladə Hallah Nazirliyinin İdman Sağlamlıq Klubunun iyunun 12-13 tarixlərinə nəzərdə tutulan çempionatı Sularda Xilasetmə Çoxnövçülüyü üzrə keçirilib. Nazirliyin 19 qurumu birincilik uğrunda mübarizə aparıb. Komandaların hər birində 4 nəfər olmaqla, iştirakçılar ilk gün Buzovna çimərliyində 4 növ üzrə yarışıblar.

- 20 metr qum üzərində qaçış və quma sancılmış bayrağı götürmək

  • 90 m sərbəst qaçış
  • Batan insanı sudan xilas edib , sahilə nəql etmək
  • 50 m qaçış, 400 m üzmək və sahilə çıxıb 50 metr finişə çatmaq

Növtəi gün iştirakçılar DYMX-nin İdman məşq kompleksinin hovuzunda 2-ci tur uğurunda yarışıblar.

Bu mərhələ 4 növ üzrə keçirilib.

  • Manikeni suda nəql etmək. 25 m üzüb, manikeni suyun dərinliyindən götürüb və 25 m geri üzmək
  • 10 metr məsafəyə ip atıb, batan şəxsi özünə tərəf çəkmək
  • 4 nəfərin birlikdə 50 m sərbəst üsulla estafet yarışı
  • 4 nəfərin hər 25 metrdən bir manikeni bir-birinə ötürmək

İki gün ərzində yarışı Baş hakim Məmməd Cəfərzadə izləyib və komandaların mübarizəsini xallar üzrə qiymətləndirib.

1-cu yer: Dövlət Sularda Xilasetmə Xidməti

2-ci yer: FHN-nin Akademiyası

3-cü yer: Dövlət Yanğından Mühafizə Xidməti

Qeyd edək ki, Sularda Xilasetmə Çoxnövçülüyü yarışı nazirliyin qurumu tərəfindən 5-ci ildir keçirilir. Və yeganə güc strukturudur ki, hər il belə bir yarış təşkil edir.

Sonda qalibləri təbrik edib, onlara fəxri diplom, medal və qiymətli hədiyyələr təqdim edən FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev bunları qeyd edib: “Göstərilən mübarizə və nəticəyə əsaslanaraq deyə bilərəm ki, bu yarışa maraq hər il daha da artır. Növbəti mərhələ beynəlxalq yarışa hazırlıqdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm