Gədəbəydə törədilən qətlin TƏFƏRRÜATLARI məlum oldu - ÖZƏL (YENİLƏNİB - 2)
Bizi izləyin

Qırmızı.az

Gədəbəydə törədilən qətlin TƏFƏRRÜATLARI məlum oldu - ÖZƏL (YENİLƏNİB - 2)

Anar Nağıyev Publika.az-a bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən F. Aslanovanın keçmiş həyat yoldaşı Elçin Qasımovun axtarışına başlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

17:30

Gədəbəy rayon prokurorunun köməkçisi Anar Nağıyev Publika.az-a bildirib ki, ilkin ehtimala görə, Fəxriyyə Aslanova keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Onun sözlərinə görə, F. Aslanova həmin salonda usta kimi çalışırdı. Hadisə baş verən vaxtda salonda tək olub. Hadisəni törədən şəxs onun boğazını ülgüclə kəsib.

Məlumata görə, o, bir müddət öncə ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşından ayrılıb.

A. Nağıyev bildirib ki, hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Qətli törədən şəxsin müəyyən edilməsi və tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Gülxar

16:53

Gədəbəy rayonunda qətl hadisəsi baş verib.

Gədəbəy rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisə bu gün gözəllik salonlarının birində törədilib.

Hadisə nəticəsində 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanova naməlum şəxs tərəfindən qətlə yetirilib. F. Aslanova bu gün toyu olduğuna görə salona gəlibmiş.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır. Faktla bağlı araşdırma davam edir.

Səid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm