Mənşəyi məlum olmayan quş ətləri aşkarlanıb
Bizi izləyin

Qırmızı.az

Mənşəyi məlum olmayan quş ətləri aşkarlanıb

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Bərdə, Tərtər, Beyləqan, Yevlax rayonlarında və Mingəçevir şəhərində yerləşən ərzaq mağazalarında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Komitədən Publika.az-a verilən məlumata görə, yoxlamalar nəticəsində Mingəçevirdə yerləşən “Cross” və “5+1”, Bərdədə yerləşən “Fədək” mağazalarında mənşəyi məlum olmayan quş ətlərinin satışının həyata keçirildiyi aşkar edilib.

Mənşəyi məlum olmayan quş ətlərinin satışı ilə bağlı mağaza sahiblərinə xəbərdarlıq edilmiş və bu məhsulların satışı dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm