Yağış İsmayıllıya da ciddi zərər vurub
Bizi izləyin

Qırmızı.az

Yağış İsmayıllıya da ciddi zərər vurub

“Zərnəva kəndində baş verən sürüşmə hələ də aktivdir. Ona görə də kəndə Sərdahar kəndindən alternativ yol bərpa edilib. Yol uzaq olsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəndə yeni yolun çəkilməsi məqsədilə texniki işlərin aparılmasına icazə vermir”.

Bu barədə Publika.az-a İsmayıllı rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Son günlər baş verən leysan yağışları nəticəsində Köhnə Daxar, Müşkəmir kimi yuxarı dağ kəndlərinə zərər dəyib.

“Lahıc, Zərnəva və Gəndov kəndlərinə düşən dolu nəticəsində kənd təsərrüfatına ciddi ziyan dəyib. İsmayıllıya yaxın kəndlərinə ziyan dəyib”.

Qeyd edək ki, Zərnəva kəndində sürüşməyə səbəb mayın 29-da İsmayıllı rayonuna yağan yağış səbəb olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm