I Avropa Oyunlarında onlar nəqliyyatdan pulsuz istifadə edəcək
Bizi izləyin

Qırmızı.az

I Avropa Oyunlarında onlar nəqliyyatdan pulsuz istifadə edəcək

Akkreditasiya olunmuş qonaqlar, könüllülər, xidmət personalı, həmçinin Bakı-2015 İlk Avropa Oyunları yarışlarına giriş biletinə malik tamaşaçılar ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər.

Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda keçirilən "Yol və yeraltı infrastruktur - urbanizasiya problemlərinin həlli yolları" adlı konfransda Bakı - 2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinin rəhbəri Panayotis Protopsaltis deyib.

O, qeyd edib: "Bizə 900 avtonəqliyyat vasitəsi - avtobus və minik avtomobilləri - lazım olacaq. Bundan başqa, 2 min sürücüyə ehtiyacımız var. Bu rəqəmlərə nəzər salarkən, niyə I Avropa Oyunlarını meqatədbir adlandırmağımız başa düşülür".

P.Protopsaltis bildirib ki, bu avtonəqliyyat vasitələrinin sürücülərinin təlimi üçün dekabrın əvvəlinə xüsusi mərkəz yaradılacaq. Oyunlar başa çatdıqdan sonra mərkəz peşəkar sürücülər hazırlamağa davam edəcək.

Departament rəhbəri deyib ki, hazırda Dənizkənarı Milli Park, hotellər, Dövlət Bayrağı Meydanı, idman və digər obyektlər arasında nəqliyyat əlaqələrinin qurulmasını nəzərdə tutan vacib yenilikçi konsepsiya üzərində iş davam edir: "Yüksək səviyyədə xidmət göstərmək üçün 360 nəfərlik tutumu olan iki yeni sərnişin gəmisindən istifadə edəcəyik. Bundan başqa, yüksəkvəzifəli qonaqları Dənizkənarı Milli Park boyunca daşıyacaq elektrik mühərrikli avtobuslardan istifadə etməyi planlaşdırırıq".

O vurğulayıb ki, qeyd olunan tədbirlər Neftçilər prospektində nəqliyyat yükünün artmasına imkan verməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm