Macar–Turan Diyarına... - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Macar–Turan Diyarına... - FOTOLAR

Macar – Turan Diyarına

Macarıstan rəsmilərinin iştirakı ilə Bakıda “Azərbaycandan

Macar–Turan Diyarına könül körpüsü” adlı tədbir keçirildi.

“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşkilatçılığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu, ATXƏM və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycanda səfərdə olan Macar Turan Fondunun nümayəndələri, tanınmış macar aydınları, sənətçi və media mənsublarından ibarət nümayəndə heyətinin, habelə Macarıstanın rəsmi şəxslərinin iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə, təşkilatçı qurumlarım rəhbərləri ilə yanaşı Azərbaycanın tanınmış ziyalıları, sənətçiləri, QHT başçıları, KİV təmsilçiləri, ictimai fəal gənclər də iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan ABAİ İB sədri, millət vəkili Qənirə Paşayeva, nüfuzlu macar nümayəndə heyətinin respublikamıza yaddaqalan səfəri, burada keçirilən görüşlərin məram- məqsədi ilə bağlı ətraflı bilgi verərək, səfərin son gününə təsadüf edən bu tədbirin daha çox milli sənət nümayişi ilə, macar kültürünün tarixin dərinliklərindən gələn gələnəkləri ilə süslənəcəyini dedi.

O, tədbirdə Macarsıtan parlamentinin vitse-spikerinin, Macarsıtanın Prezident Admi-nistrasiyasının məsul şəxsinin, bu ölkənin respublikamızdakı səfirinin, digər mötəbər qonaqların iştirakını xüsusi hal kimi qiymətləndirdi. İctimai-mədəni düşüncənin aparıcı şəxslərinin, nüfuzlu qurum və quruluşların qarşılıqlı faydalı əməkdaşlığı üçün önəm daşıyan belə tədbirlərə yüsksək vəzifəli rəsmi şəxslərin, dövlət orqanlarının yaxından diqqət yetirməsindən məmnunluğunu ifadə edən millət vəkili, Macarıstanın TÜRK PA-da müşahidəçi statusu alması münasibəti ilə öz təbriklərini çatdırdı.

Sözünə davam edən millət vəkili, artıq bugün başa çatacaq səfərlə respublikamıza gəlmiş, Bakıda, Quba, Tovuz və Gəncədə maraqlı görüşlər keçirən macar nümayəndə heyətinin həqiqətlərimizlə, o cümlədən Xocalı soyqırımının, torpaqlarımızın işğalı faktının qardaş ölkə kimi qəbul etdikləri Azərbaycana vurduğu ağır zərbələrlə yaxından tanış ola bildiklərini, bu səfərin mühüm məqamı kimi fərqləndirdi. Q.Paşayeva, onların bu səfərdən sonra bizim dostlarımız, qar-daş¬larımız olaraq, Macarıstanda və bütövlükdə Avropada haqq səsimizi daha geniş yayamaq barədə öz dillərindən qiymətli sözlər, vədlər eşitməkdən məmnunluq duyduğunu, bunun qardaşlığın bariz sübutu olduğunu qeyd etdi.

Bugünkü tədbirin qarşıdan gələn Milli Qurtuluş Gününə həsr edildiyini xatırladan millət vəkili, Ümumilli lider Heydər Əliyevin Azərbaycan-Macarıstan dövlətlərarası münasibətlərinə verdiyi böyük töhfələri qeyd edərək, bugün cənab prezidentin ümummilli liderin siyasi kursunu, o cümlədən xarici siyasətini uğurla davam və inkişaf etdirdiyini, dövlətlərimiz, xalqlarımız arasında yüksək səviyyəli münasibətlərdən hər bir vətəndaşımızın zövq aldığını vurğuladı.

Xanım Paşayeva, Macarıstanda yüzmindən artıq insanın iştirakı ilə gələnəksəl Turan Qurultayı düzənləyən nüfuzlu Macar Turan Fondunun respublikamıza səfərinə dəstək verən qurum və quruluşlara, səfərin təşkilində zəhməti olan hər kəsə təşəkkür edərək, macar qardaş və bacılarımızın Azərbaycandan zəngin təəsüratla dönəcəklərinə, respublikamıza yenə gələcəklərinə ümid etdiyini bildirdi.

Macar Turan Fondunun başqanı Andras Biro Azərbaycan səfərinin son gününün həyəcanlı olduğunu, burada çox böyük doğmalıq gördüklərini, çoxlu dostlar qazandıqlarını, yeni münasibətlər qurduqlarını bildirdi, bütün əməyi keçən qurum və quruluşlarda çalışan hər kəsə təşəkkürlərini çatdırdı.

Macarıstan–Azərbaycan münasibətlərinin dünəni, bügünü və gələcəyi mövzusunda fikirlərini bölüşən macar parlamerntinin vitse-spikeri Sandor Lezsak respublikamıza TÜRK PA toplantısında iştirak üçün gəldiyini, maraqlı rəsmi görüşlər keçirdiyini, bu tədbirdə iştirakdan, həmvətənlərinə Azərbaycanda bəslənən gözəl münasibətdən məmnunluğunu ifadə etdi.

Macarıstan baş nazirin məsləhətçisi Kelemen Andras da Azərbaycanla Macarıstan arasında gözəl münasibtlər olduğunu və qardaş dövlər və xalqlarımız arasında münasibətlərin daha da inkişaf edəcəyini vurğuladı. Çıxış edən digər macar qonaqlar da, bildirdilər ki, Azərbaycan və macar xalqlarını tərəfdaş münasibətlərdən daha çox, qohumluq-qardaşlıq ilişkiləri birləşdirir; macar xalqı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması ilə bağlı, ümumən Azərbaycan haq səsinin mənsub olduqları ölkə ilə yanaşı bütövlükdə Avropada geniş yayılmasında əllərindən gələn dəstəyi göstərməyi qardaşlıq borcu sayırlar.

Macarıstan Parlamentinin vitse-spikerinin iştirakı ilə Macar Turan Fondunun millət vəkili Qənirə Paşayevaya qardaş xalqlarımız arasında münasibətlərin inkişafına verdiyi töhvələrə görə mükafat təqdim olundu. Millət vəkili Qənirə Paşayeva da rəsmi qonaqlara Azərbaycan mədəniyyətini, tarixini, həqiqətlərini özündə əks etdirən hədiyyələr və materialları təşkilatçılar adından Macarıstanın vitse-spikerinə, baş nazirin məsləhətçisinə, o cümlədən digər rəsmi qonaqlara təqdim edib.

Macarların respublikamıza səfərinin son günü tərtib edilən tədbirdə qonaqlar oxatma, qılın oynatma və digər hərbi-vətənpərvərlik motivli döyüş sənəti və milli geyim, mili musiqi nümayişi ilə tədbir iştirakçılarına coşğulu anlar yaşatdılar. Tədbirdə Azərbaycanlı ünlü sənətçi Şəmistan Əlizamanlı da səhnə aldı və alqışlarla qarşılandı.Macarıstanın Azərbaycandakı səfirinin milli mahnı ifa edilən zaman gözəl rəqsi isə xüsusi alqışlarla qarşılanıb.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim edildi. Eyni zamanda, Macar Turan Fondu da öz adından Azərbaycanın bir sıra tanınmış sənət, media və QHT təmsilçilərinə xatirə hədiyyələri bağışladı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm