Prezidentdən təbrik və sərəncam - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Prezidentdən təbrik və sərəncam - YENİLƏNİB

Prezident İlham Əliyev Şəmkir rayonunun Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Şəmkir rayonunun Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

***

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetə təbrik teleqramı göndərib. Təbrikdə deyilir: “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycanla Birləşmiş Krallıq arasında mövcud olan ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirirəm. Ölkələrimizi birləşdirən dövlətlərarası münasibətlərimiz siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaradıb.

İnanıram ki, ölkələrimiz arasında davamlı siyasi təmasların, səmərəli iqtisadi əməkdaşlığın və çoxşaxəli mədəni mübadilələrin möhkəmləndirilməsi, eləcə də bir sıra sahələrdə müvəffəqiyyətlə davam edən qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcək. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

*****

İlham Əliyev “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında da sərəncam imzalayıb.

Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd olunur ki, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm