Qırmızı.az
Dairəvi yolda zəncirvari qəza - VİDEO
Bakı dairəvi avtomobil yolunda minik avtomobili ilə iki ağır tonajlı avtomaşın toqquşub.
Dairəvi yolda, Yeni Yasamal massivi ərazisində, iki ağır tonajlı
avtomaşınla, bir minik avtomobili toqquşub. Zəncirvari qəza
nəticəsində “Şaqman”ın sürücüsü Yasin Salmanov yüngül bədən
xəsarətləri alıb. Sürücülərin dediyinə görə, minik avtomobilinin
sürücüsü maşını dairəvi yolda qadağan olunan yerdə saxlayaraq
gedib. Elə qəza da bundan sonra baş verib. Zərərçəkən sürücülər də
qəzaya səbəb kimi bu maşının sürətli yolda dayanmasından sonra
yolun daralmasını əsas gətirirlər.
Avtoqəza nəticəsində dairəvi yolda uzunmüddətli tıxac yaranıb.
Hadisə yerinə dərhal Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin
əmkdaşları cəlb olunub.
Daha sonra zərər dəymiş yük avtomobili hadisə yerindən
kənarlaşdırılıb. Və yolda avtomobillərin hərəkəti tənzimlənib.
Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır. Müvafiq avtotexniki
ekspertizalar təyin olunub. Fakta hüquqi qiymət ekspertlərin yekun
rəyindən sonra veriləcək.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi