Buraxılış imtahanının nəticələri nə vaxt elan ediləcək?
Bizi izləyin

Qırmızı.az

Buraxılış imtahanının nəticələri nə vaxt elan ediləcək?

Buraxılış imtahananın nəticələri nə vaxt elan ediləcək?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də 9 və 11-ci sinif şagirdləri üçün növbəti buraxılış imtahanları keçirib.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, imtahanın nəticələrinin yaxın günlərdə elan olunması nəzərdə tutulur. Nəticələr barədə ilkin məlumatlar TQDK-nın rəsmi facebook səhifəsindən elan ediləcək.

İmtahanlar Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında həyata keçirilib.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə olub.

Bütün binalarda şagirdlər üçün normal imtahan şəraiti yaradılmış, imtahanın təlimata uyğun keçirilməsinə nəzarət olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm