Qırmızı.az
Gəncədəki qətlin TƏFƏRRÜATLARI
Ötən gün Gəncə şəhərində qətl hadisəsi baş verib. Şəhər sakini 1976-cı il təvəllüdlü Mayisə Mürsəl qızı Ələkbərova yaşadığı evin həyətində naməlum şəxs tərəfindən döş nahiyəsindən çoxsaylı bıçaq zərbələriylə ağır xəsarət alıb.
Yaralı dərhal Təxirə salınmaz Təcili Tibbi Yardım (TTTY) maşını ilə xəstəxanaya yerləşdirilib. Gəncə şəhər TTBY-ın qəubl şöbəsindən Publika.az-a verilən məlumata görə, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Mərhum elə dünən yaxınlarına təhvil verilib və dəfn olunub.
Bu gün isə Gəncə Şəhər prokurorluğundan Publika.az-a verilən məlumata görə, hadisəni törədən şəxs tutulub: "Hadisə Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi ev 55-də yaşayan 38 yaşlı Mayisə Mürsəl qızı Ələkbərovanın yaşadığı evin həyətində olub. Aparılan araşdırmalardan sonra məlum olub ki, şübhəli şəxs qismində 1983-cü il təvəllüdlü Niyaz Hilal oğlu Bayramov Mayisə Mürsəl qızı Ələkbərova ilə qeyri-rəsmi nikahda imişlər. Yəni, kişi arada gəlib bununla da yaşayırmış. Hələlik bizdə olan məlumatlara görə, hadisə ailə-məişət zəminində baş verib. Hazırda Hilal Bayramov saxlanılıb, müvəqqəti saxlanma təcridxanasındadır. Faktla bağlı cinayət məcəlləsinin 120.1, yəni qəsdən adamöldürmə maddəsiylə cinayət işi başlanılıb.
Səid
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...