Cəlilabadda zəncirvari qəza - FOTO
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda zəncirvari qəza - FOTO

Cəlilabad rayonunda 3 avtomobilin toqquşması nəticəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Cəlilabad rayon sakini Eldəniz Ağayev sükanı arxasında olduğu "Opel" markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil qarşı tərəfdə hərəkətsiz halda dayanmış Cəlilabad sakiniƏlddin Abdullayevə məxsusu "VAZ 21 07" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən "VAZ 21 07" markalı avtomobil də ondan öndə dayanan Mübariz Həsənova məxsus "VAZ 2106" markalı avtomobilə çırpılıb.

Qəza zamanı sürücülər xəsarət alamasalar da, avtomobillərə ciddi ziyan dəyib. İlkin ehtimala görə, qəzaya “Opel”in sürücüsünün idarəetməni itirməsi səbəb olub. Hazırda faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm