Evində meyiti tapıldı
Bizi izləyin

Qırmızı.az

Evində meyiti tapıldı

Evində meyiti tapıldı

Bakı şəhəri, Xətai rayonunda 1959-cu il təvəllüdlü Bəxtiyar Əsgərov Hacıbaba oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına 5-ci mərtəbədəki mənzilin eyvanından enərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən B.Əsgərov huşsuz vəziyyətdə və 1 nəfər yaşlı qadın aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində B.Əsgərovun vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi və yaşlı qadın xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:30-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm