Bakıda 38 yaşlı kişi yoxa çıxdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda 38 yaşlı kişi yoxa çıxdı - VİDEO

Bakıda 38 yaşlı kişi itkin düşüb. Abşeron rayon Polis Şöbəsindən bildirilib ki, Füzuli rayon Qarakollu kəndində anadan olmuş 38 yaşlı Hüseynquliyev Tofiq Musa oğlu 2014-cü il mayın 30-u saat 15 radələrində yaşadığı Abşeron rayonu Xırdalan şəhəri AAAF yaşa

Bakıda 38 yaşlı kişi itkin düşüb. Abşeron rayon Polis Şöbəsindən bildirilib ki, Füzuli rayon Qarakollu kəndində anadan olmuş 38 yaşlı Hüseynquliyev Tofiq Musa oğlu 2014-cü il mayın 30-u saat 15 radələrində yaşadığı Abşeron rayonu Xırdalan şəhəri AAAF yaşayış kompleksindəki evlərindən çıxıb. O vaxtdan bir daha geri qayıtmayıb.

Evdən çıxarkən H.Tofiqin əynində qara ayaqqabı, damalı köynək və cins şalvar olub.
Boyu 170 sm, yumru sifətli, orta bədənli, saçları ağ-qara, gözləri isə qəhvəyidir.

H.Tofiqi görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 342 02 02 və 342 10 24 şəhər nömrələrinə zəng vurmaqla məlumat vermələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm