İcra başçısı KİV nümayəndələri ilə görüşdü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İcra başçısı KİV nümayəndələri ilə görüşdü - FOTOLAR

Bu gün Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda səfərdə olan bir qrup tanınmış media rəhbərləri və nümayəndələri ilə görüşüb.

Bu gün Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda səfərdə olan bir qrup tanınmış media rəhbərləri və nümayəndələri ilə görüşüb.

Publika.az-ın məlumatına görə, görüş zamanı icra başçısı rayonda görülən işlərdən və gələcək planlardan danışıb.

Masallı rayonunun 2012-ci ildən Azərbaycanın folklor paytaxtı elan edildiyini xatırladan R.Hüseynov deyib ki, bu il iyunun 13-də Masallıda III beynəlxalq folklor festivalı işə başlayıb. Onun sözlərinə görə, sözügedən festival 15 iyun qurtuluş gününə həsr olunub.

İcra başçısı həmçinin qeyd edib ki, indi Masallıda turizmin inkişafı üçün intensiv işlər görülür.

Sonda icra başçısı Masallıda qonaq olan KİV təmsilçilərinə Masallıda görülən işlərin təbliğinə görə təşəkkür edib.

Vasif Həsənli - Masallı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm