• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Gənc xanəndə icra başçısını belə ağlatdı - FOTOLAR

Gənc xanəndə icra başçısını belə ağlatdı - FOTOLAR

Masallıda keçirilən III Beynəlxalq Folklor Festivalı çərçivəsində rayonun Heydər Əliyev parkında möhtəşəm konsert proqramı təşkil olunub.

Publika.az-ın Masallıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, konsertdə festival iştirakçısı olan və 8 ölkəni (Azərbaycan, Türkiyə, İran İslam Respublikası, Rusiya (Dağıstan Respublikası), Latviya, Litva, Qazaxıstan və Gürcüstan) təmsil edən folklor qrupları müxtəlif nümunələri ilə çıxış ediblər.

Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bildirib ki, Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Ona görə də ölkəmiz zəngin folklor irsinə malikdir.

Beynəlxalq folklor festivalının Masallıda keçirilməsinin təsadüfi olmadığını vurğulayan R.Hüseynov qeyd edib ki, hazırda rayonda bir neçə folklor qrupu da fəaliyyət göstərir və Azərbaycanı müxtəlif ölkələrdə layiqli təmsil edirlər:

“Bizim folklor tariximiz çox qədimdir və öz başlanğıcını Qobustan qayaüstü yazılı abidələrindən götürür. Bu cür beynəlxalq səviyyədə folklor festivalını keçirməkdə əsas məqsədimiz qədim və zəngin tarixə malik olan Azərbaycan mədəniyyətini dünyada təbliğ etməkdir”.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev isə qeyd edib ki, nazirliyin “Xalq yaradıcılığı paytaxtları” layihəsi çərçivəsində Masallı rayonu 2012-ci ildə Azərbaycanın “Folklor Paytaxtı” elan edilib və ilk dəfə bu festival həmin il təşkil edilib. O vaxtdan bəri ənənə şəklini alıb.

Şöbə müdiri əlavə edib ki, Mədəniyyət və Turizm Nazirliyi bu cür tədbirlərə hər zaman dəstək verməyə hazırdır.

Sonra konsert folklor qruplarının çıxışları ilə davam etdirilib.

Qeyd edək ki, tədbirdə yaşanan maraqlı məqamlardan biri Azərbaycanın Ağcabədi rayonunu təmsil edən gənc muğam ifaçısı Ramiq Bayramovun çıxışı zamanı olub. Belə ki, öz gözəl səsi ilə tədbir iştirakçılarını valeh edən gənc xanəndənin ifasında səslənən “Qarabağ şikəstəsi”ndən sonra icra başçısı Rafil Hüseynov göz yaşlarını saxlaya bilməyib.

Publika.az həmin tədbirdən fotoları da təqdim edir:

Vasif Həsənli - Masallı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR