• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

TQDK imtahan nəticələrini açıqladı

TQDK imtahan nəticələrini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 13-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Publika.az TQDK-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələrini iyun ayının 15-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

İyun ayının 13-də ümumi orta təhsil bazasında (9 illik ) və tam orta təhsil bazasında (11 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR