Zaqatalada avtomobil ağaca çırpıldı, yaralılar var
Bizi izləyin

Qırmızı.az

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralılar var

Zaqatalada sürücünün xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

Zaqatalada sürücünün xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Zaqatala rayonu, Aşağı Tala kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm