Bakıda 6 yaşlı qızı zorlayan qoca kimdir?
Bizi izləyin

Qırmızı.az

Bakıda 6 yaşlı qızı zorlayan qoca kimdir?

Bakıda azyaşlı qızı zorlayan şəxsin kimliyi məlum olub.

Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsinin təhqiqatçısı Faiq İsayevin ANS -ə verdiyi məlumata görə, hadisə iyunun 14-də Binəqədi-Xırdalan yolu, I Mədən adlanan ərazidə baş verib.

Həmin ərazidə kirayədə yaşayan 58 yaşlı Yaşar Yusifov qonşuluqda kirayədə yaşayan 6 yaşlı qızı zorlayıb. Hadisə baş verərkən qız evlərində tək olub. Cinayəti törədən Yaşar sərxoş olub.

Evə gələn qızın valideynləri Yaşarı döydükdən sonra polisə təslim ediblər. Azyaşlı qızın mənəvi sarsıntı keçirdiyi bildirilir.
Hadisə yerinə gələn polislər Yaşar Yusifovu saxlayıb və prokurorluğa təhvil veriblər.

Qeyd edək ki, Yaşar Yusifov tufeyli həyat tərzi keçirib. Onun daim sərxoş olduğu və dəfələrlə xuliqanlıq etdiyi də bildirilir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm