Kəmaləddin Heydərov saziş imzaladı
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov saziş imzaladı

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının Daxili İşlər naziri Məhəmməd Həssanın dəvəti ilə bu ölkədə səfərdə olub.

Publika.az FHN-in rəsmi saytına istinadən bildirir ki, nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşin paytaxtı Rabat şəhərində Kral V Məhəmmədin Mavzoleyini ziyarət edib.
Səfər çərşivəsində nazir Kəmaləddin Heydərovun İSESCO-nun Baş katibi Əbdüləziz Osman Əl Tüveycri ilə görüşüb.

Azərbaycanla İSESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən K.Heydərov vurğulayıb ki, iqtisadiyyatı gündən-günə inkişaf edən ölkəmiz mədəniyyət, təhsil və elm sahələrində də böyük layihələr həyata keçirir, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Kəmaləddin Heydərov Mərakeş Krallığının Baş naziri Abdelilah Benkirane ilə görüşündə isə FHN-in fəaliyyət istiqamətləri, strukturu və qurumları haqqında Mərakeş Krallığı hökumətinin başçısına ətraflı məlumat verilib, bu ölkənin müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri vurğulanıb.

Abdelilah Benkirane bildirib ki, onun ölkəsi Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığı gücləndirməkdə maraqlıdır.
Tərəflər Ermənistan-Azərbaycan və Qərbi Saxara problemlərinin beynəlxalq hüquq normaları və sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həllinə dair iki ölkənin bir-birinə dəstəyinin davam etdiyini bildiriblər.

Daha sonra Kəmallədin Heydərovun Mərakeş Krallığının Urbanizasiya və milli ərazilərin planlaşdırılması naziri Mohaned Lanser və Daxili İşlər naziri Məhəmməd Həssa ilə görüşləri keçirilib.

Görüşdən sonra nazirlər Kəmaləddin Heydərov və Məhəmməd Həssa “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında fövqəladə halların idarə olunmasında əməkdaşlığa dair” Sazişi imzalayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm