Qırmızı.az
Nazirdən "dedovşina" xəbərdarlığı
Müdafiə naziri Zakir Həsənov hərbi hissələrdə əsgər özbaşnalıqlarının aradan qaldırılması üçün nazirliyin yüksək çinli zabitlərinə, hərbi hissə komandirlərinə ciddi tapşırıqlar verib.
Nazir hərbi hissə komandirlərinə ordu sıralarında “dedovşina” hallarının birdəfəlik aradan qaldırılması, əsgəri heyət arasında nizam-intizam qaydalarına ciddi nəzarət olunması ilə bağlı xüsusi göstərişlər verib.
Mənbənin bildirdiyinə görə, nazir “dedovşina” halları aşkar edilən hərbi hissə komandirlərinin sərt şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.
Qeyd edək ki, Z.Həsənov Daxili Qoşunların Komandanı olarkən nəzarətində olan hərbi hissələrdə ciddi nizam-intizam qaydaları yaratmış, əsgərlər arasında “dedovşina” hallarını aradan qaldırmışdı. Səfər Əbiyevin nazir vəzifəsində olduğu dönəmdə isə Milli Ordu tabeliyində olan hərbi hissələrdə “dedovşina” açıq-aşkar mövcud idi.
Xatırladaq ki, “dedovşina” orduda daha uzun müddət xidmət keçənlərin sonradan hərbi xidmətə başlayan əsgərlər üzərində qeyri-qanuni hakimiyyətidir. Bura daha uzun müddət xidmət keçən əsgərlərin gənc əsgərlərə qarşı müxtəlif təhqiredici hərəkətlər etməsi, onlara alçaldıcı tapşırıqlar verməsi, fiziki təzyiq, bəzən hətta cinsi qısnama daxildir. Çox vaxt bu hərəkətlər maddi baxımdan nisbətən imkanlı əsgərlərə qarşı törədilir/Azvision.az/.
-
Nida Xəbər 19:50
Azərbaycanın İrandakı səfirliyi yenidən fəaliyyətə başlayacaq - IRNA
-
Magazin119:10
Brilliant Dadaşovanın rəqsi GÜNDƏM OLDU - VİDEO
-
Region18:50
Rusiya XİN-dən İrəvana qulaqburma
-
Rəsmi xronika18:32
Rumen Radev İlham Əliyevə zəng etdi
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR