Bakıda dələduzluqla məşğul olan 4 nəfər tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda dələduzluqla məşğul olan 4 nəfər tutuldu

Bakıda dələduzluqla məşğul olan 4 nəfər tutuldu

Bakıda axtarışda olan 4 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olan 1970-ci il təvəllüdlü Əhməd Alyarsoy tutulub.


Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1990-cı il təvəllüdlü Seyfəddin Ramazanov tutulub.

Paytaxt ərazisində dələduzluqla məşğul olan iki nəfər tutulub. Nizami 25-ci Polis Bölməsinin və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Kamal Mehdiyev və 1972-ci il təvəllüdlü Azər Həsənov tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm