Mikayıl Cabbarov bakalavr və magistrlarla bağlı əmr verdi
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarov bakalavr və magistrlarla bağlı əmr verdi

Mikayıl Cabbarov bakalavr və magistrlarla bağlı əmr verdi

Təhsil naziri kredit sisteminin tətbiqi ilə bağlı tədris sənədlərinin nümunələrini təsdiq edib

"Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Publika.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, əmrdə qeyd olunur ki, ali təhsil müəssisələri tədris prosesinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın tələblərinə və tədris sənədlərinin təsdiq olunmuş nümunələrinə uyğun aparılacaq.

Əmrdə qeyd olub ki, kredit sisteminin tətbiqi ilə bağlı tədris sənədlərinin (tədris planı, tədris qrafiki, ixtisas üzrə illik işçi tədris planı, tələbənin fərdi iş planı, müəllimin illik işçi tədris planı, dərs cədvəli, akademik transkript,

tələbənin ərizə forması, tədris razılığı, akademik arayış, akademik təqvim, məlumat paketinin strukturu) nümunələri təsdiq edilib.

Sənəddə göstərilib ki, əmr 2014-cü tədris ilinin ikinci semestrinin əvvəlindən qüvvəyə minəcək.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm