Ər boşanmaq istəyən arvadını öldürdü
Bizi izləyin

Qırmızı.az

Ər boşanmaq istəyən arvadını öldürdü

Xətai Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, hadisə dünən Məhəmməd Hadi küçəsi 72, mənzil 39-da qeydə alınıb.

Tovuz rayon sakini, 1984-cü il təvəllüdlü Ramin Şəmşid oğlu Qurbanov sözü gedən ünvanda kirayə yaşadığı mənzildə qısqanclıq zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Dilbazi Tahir qızı Qurbanovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib.

Məlumata görə, D. Qurbanova bir müddət əvvəl boşanma üçün Tovuz rayon məhkəməsinə müraciət edib. Onun iddiası üzrə məhkəmədə proses başlayıb.

Hadisəni törədən R. Qurbanov özü polisə gələrək təslim olub. Hazırda faktla bağlı cinayyət işi açılıb.

Səid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm