• USD 1,7001 0,00% EUR 2,0032 -0,42%
    • GBP 2,2846 +0,01% RUB 0,0289 -0,35%

38 min şagird imtahan verib

38 min şagird imtahan verib

Sabah Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Publika.az-a verilən xəbərə görə, qeyd olunan rayonlarda imtahanların keçirilməsi üçün 56 imtahan mərkəzi ayrılıb.

Həmin imtahanlarda iştirak edəcək şagirdlər “imtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Həmin gün saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri imtahan verəcəklər.

Şagirdlər imtahana "İmtahana buraxılış vərəqəsi"ni; şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, 16 yaşı 2014-cü il aprelin 30-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) ilə gəlməlidirlər.
Bu imtahanlarda ümumilikdə 38212 şagirdin imtahan verəcəyi gözlənilir.


9-cu siniflərin buraxılış imtahanında Ağcabədidə 1856, Ağdamda 1207, Bərdədə 2045, Tərtərdə 938, Zərdabda 660, Göyçayda 1483, Ucarda 919, Kürdəmirdə 1318, Ağdaşda 1340, Yevlaxda 1345, Ağsuda 766, İsmayıllıda 1138, Şamaxıda 1017, Qobustanda 418, Qubada 1865, Şabranda 648, Qusarda 972, Xaçmazda 1837, Xızıda 177, Siyəzəndə isə 480 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.


11-ci siniflərin buraxılış imtahanında həmin gün Ağcabədidə 1439, Ağdamda 755, Bərdədə 1533, Tərtərdə 690, Zərdabda 436, Göyçayda 992, Ucarda 712, Kürdəmirdə 927, Ağdaşda 861, Yevlaxda 1158, Ağsuda 587, İsmayıllıda 845, Şamaxıda 544, Qobustanda 291, Qubada 1022, Şabranda 415, Qusarda 772, Xaçmazda 1158, Xızıda 123, Siyəzəndə isə 368 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.


TQDK həmçinin həmin gün Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri üçün də buraxılış imtahanları keçirəcəkdir. Bu imtahanda 84 nəfər 9-cu, 71 nəfər 11-ci sinif şagirdinin iştirakı gözlənilir.


Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etmiş 9-cu sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaqdır. Bununla əlaqədar qəbul qaydaları və qəbul elanı “Abituriyent” jurnalının 3-cü sayında dərc edilmişdir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>