Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb
Bizi izləyin

Qırmızı.az

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

2014-ci il iyunun 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 4,6 faiz artıb.

DSMF-dən Publika.az-a verilən məlumata görə, hesabat dövründə əlavə olaraq 792 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə 2014-cü il iyunun 1-i tarixinə olan statistikaya əsasən, fərdi uçot sistemindəki əcnəbilərin sayı 17 893 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89.7 faizini kişilər, 10.3 faizini isə qadınlar təşkil edir.

Ümumilikdə 102 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (10283 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 1950 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 947 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (577), Hindistan (436), Çin Xalq Respublikası (421), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (273), Özbəkistan (210) Banqladeş Xalq Respublikası (194), Ukrayna (165), Pakistan İslam Respublikası (163), Almaniya Federativ Respublikası (161), Filippin Rspublikası (136), Bosniya və Herseqovina (131), Qazaxıstan Respublikası (128), Türkmənistan Respublikası (127), İtaliya Respublikası (120), ABŞ (118) və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm