• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Sxodka”ya basqın, avtoritetlər həbs olundu

“Sxodka”ya basqın,  avtoritetlər həbs olundu

Oğru dünyasında, xüsusən də Türkiyədə baş verən son hadisələrlə bağlı Abxaziyada növbəti “sxodka” (oğru toplantısı) keçirilib.

Amma Rövşən Lənkəranski ilə Lotu Qulinin klanı arasındakı qarşıdurmanı müzakirə etməyə toplamış abxaz oğruların kefinə polis “soğan doğrayıb”. Polis basqını nəticəsində 7 qanuni oğru – “Apakela”, “Xaşba”, “Xasik”, “Pıza”, “Nanik, “Temo”, “Astik” həbs ediliblər.

“Akapela” və “Xaşba” yaşlı olduqları üçün polis onları buraxıb, qalanları isə Suxumiyə aparılıblar.

Qeyd edək ki, adambaşına düşən qanuni oğruların sayına görə Abxaziya dünyada ilk yeri tutur. Yeni Abxaz hökuməti əvvəlki illərdən fərqli olaraq kriminal dünyanın bosslarına loyal yanaşmaq fikrində deyil.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR