Yeni seysmik stansiyalar tikiləcək
Bizi izləyin

Qırmızı.az

Yeni seysmik stansiyalar tikiləcək

Azərbaycan ərazisində seysmik müşahidə şəbəkəsini genişləndirmək məqsədi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən quru ərazidə daha 5 telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur.

Mərkəzdən Publika.az-a verilən məlumata görə, yeni seysmik stansiyalar Xızı, Daşkəsən, Neftçala, Tovuz və Ağdaş rayonlarının ərazisində tikiləcək. Artıq yeni stansiyaların yerlərinin seçilməsi prosesi başa çatıb.

Yeni stansiyaların açılması respublika ərazisində aparılan seysmoloji tədqiqatların keyfiyyətini daha da yüksəldəcək.

Hazırda ölkə ərazisində ABŞ-ın "Kinemetrks" şirkətinin istehsalı olan 35 telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyalar fəaliyyət göstərir. Bu stansiyalar vasitəsi ilə bütün dünya ölkələrində baş verən zəlzələləri qeydə almaq mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm