Ordumuzun zabiti intihara cəhd edib
Bizi izləyin

Qırmızı.az

Ordumuzun zabiti intihara cəhd edib

Ötən gün səhər saatlarında Bakının Pirallahı rayonunda gicgahından güllə yarası alan zabit komadan ayılıb.


Bu barədə Neyrocərrahiyyə İnstitutunun reanimasiya şöbəsinin həkimi Fərid Qaralov ANS PRESS-ə məlumat verib. Həkimin sözlərinə görə, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 1986-cı il təvəllüdlü Nicat Rüstəmovun huşu artıq özünə gəlib.


“Xəstədə hərəkət var. Dünən komada idi, indi yaralarına görə vəziyyəti stabildir. Lakin xəstənin 10 gün sonra nə vəziyyətə düşəcəyi bilinmir. Bütün həkim heyəti xəstənin həyatda qalması üçün əlindən gələni edir”, - deyə Fərid Qaralov bildirib.


Zabitin güllələnməsi məsələsinə gəlincə, bildirilir ki, Nicat Rüstəmov özü özünü güllələyib. Onun ailəsində problemləri olduğu deyirlər. Bu səbəbdən də, zabit intihara cəhd edib.


Qeyd edək ki, ötən gün Türkan-Hövsan yolunda yerləşən həbçi hissədə Dövlət Sərhəd Xidmətinin leytenantı Nicat Rüstəmov gicgah nahiyyəsindən güllə yarası alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstə reanimasiya şöbəsinə yerləşdirilərkən komada olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm