“Azərenerji”nin əməkdaşları qəzaya düşdü: ölən var
Bizi izləyin

Qırmızı.az

“Azərenerji”nin əməkdaşları qəzaya düşdü: ölən var

Xaçmaz yolunda avtomobil aşıb.

Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsindən Publika.az-a verilən məlumata görə, hadisə Xudat-Nabran yolunun 4-cü km-də baş verib.

1993-cü il təvəllüdlü, Xaçmaz şəhər sakini Novruzov Rəşad İslam oğlu idarə etdiyi “Nissan” markalı "27 AA 166" dövlət nömrə nişanlı avtomaşını idarəetməni itirərək yolun kənarında aşırdıb, daha sonra maşın ağaca çırpıldıqdan sora dayanıb.

Qəza nəticəsində Xaçmaz rayonu, Mançaroba kənd sakini 1992-ci il təvəllüdlü Ağamirzəyev Kamil İsmət oğlu yerindəcə keçinib. Sürücü isə ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Qəza zamanı maşında 5 nəfər olub.

Şöbədən bildirilib ki, qəzaya yüksək sürət səbəb olub.

Məlumata görə, qəzaya düşən şəxslər “Azərenerji” ASC-nin əməkdaşlarıdır.

Səid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm