Ermənilərin atəşi nəticəsində dəhşət yaşandı
Bizi izləyin

Qırmızı.az

Ermənilərin atəşi nəticəsində dəhşət yaşandı

Bu gün saat 10:20 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunun Qapanlı kəndini yenidən atəşə tutublar.


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənilərin mütamadi açdığı atəş nəticəsində güllələrdən biri kənd sakini Mahizər Muxtar qızı Nəbiyevanın həyətindəki ot tayasına dəyib. Nəticədə ot tayası yanmağa başlayıb.


Yanğın bir anın içərisində böyüyərək yayılmağa balayıb. Kənd sakinlərinin köməyi ilə alovun evlərə yayılmasının qarşısı alınıb. Hadisə yerinə Fövqəladə Hallar nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb.


Qeyd edək ki, hadisə zamanı 300 ot tayası kül olub. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm