“...Həmin toyu dağıtmaq lazımdır” – icra başçısı
Bizi izləyin

Qırmızı.az

“...Həmin toyu dağıtmaq lazımdır” – icra başçısı

“...Həmin toyu dağıtmaq lazımdır” – icra başçısı

Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayon ərazisində yaşayan azyaşlı qızların ərə erkən verilməsindən şikayətlənib.

Publika.az-ın məlumatına görə, icra başçısı R.Hüseynov jurnalistlərə açıqlamasında deyib:

“Çox təəssüf ki, Masallı rayonu da daxil olmaqla, cənub bölgəsində azyaşlı qızların ərə verilməsinə hələ də rast gəlinir. Hamımız çalışmalıyıq ki, bu kimi hallara son qoyulsun. Ən sərt tədbirlərə əl atılmalıdır. Əgər belə bir hal olarsa, həmin toyu dağıtmaq lazımdır”.

İcra başçısı həmçinin qeyd edib ki, maarifləndirmə tədbirləri nəticəsində artıq Masallıda erkən nikahların sayı azalır:

“Artıq qızar təhsil arxasınca gedir, universitetlərə daxil olurlar. Masallıdan iki qızımız var ki, Prezident təqaüdü alır. Biz bu nəticə ilə kifayətlənməməli və daha ciddi irəliləyişlər əldə etməyə çalışmalıyıq. Qızları təhsildən ayırmaq olmaz. Bir də görürsən ki, başqa bir yerdən gəlib, kəndlərdə dəmir-dümür yığan yaşlı bir kişiyə 14 yaşlı qızı ərə vermək istəyirlər. Başa salmaq olmur ki, həmin o adam başqa kəndlərdə də dəmir-dümür yığıb. Nədi-nədi, həmin adamın qazancı var və bu da kifayət edir ki, bir parça uşağı ona verib qayğılardan azad olsunlar. Belə halları aradan qaldırmalı, gənclərimizin və xüsusən də qızlarımızın təhsildən ayrılmaması üçün bütün lazımi tədbirləri görməliyik və görürük”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm